“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
"Mənə Almaxanımın toyu olduğunu deməmişdilər"
Müğənni İzzət Bağırov bacısı qızı, xanəndə Almaxanım Əhmədlinin toyunu niyə tez tərk etməsinə aydınlıq gətirib.
Bu barədə ifaçı "Həftənin qonağı" verilişində danışıb. O, vurğulayıb ki, toyun olacağından xəbəri olmayıb:
Reklamınızı SmartBee ilə effektiv edin.
"Bu sualı Almaxanıma verin. Mənim heç toydan xəbərim yox idi. Toy danışılmışdı, ondan sonra bildim ki, məclisdir. Bacım mənə zəng vuranda, söylədim ki, bəs bunu mənə deyin də. Axı mən toy danışmışam. Mən də toy yiyəsinə dedim ki, behinizi ikiqat qaytarım mənim bacım qızının toyudur, orada iştirak etməliyəm. Cavab verdi ki, yox, əhdim var. Bəyin atasının toyunda mən oxumuşdum. O, da deyib ki, 26 il əvvəl toyumda sən oxumusan, indi də oğlumun şad günüdür, sən ifa etməlisən. Elə toylar çox olur, kiçik məclisində oxumuşam, böyük toyuna çağırırlar. Ya öz toyunda olmuşam, indi oğlunun məclisidir, çağırırlar. Dedi, bilirəm, Almaxanımın toyudur. Mənim qardaşımı da Vüqar Əhməd (şair, Almaxanımın atası - red.) çağırıb. Söylədi ki, icazə verərəm o toya 1 saat gedib-gələrsən, bizi incitmə. Cavab verdim ki, baş üstə.
Toy günü saat 9-da dedim ki, mən gedim. O saata qədər də dayanmadan oxumuşam ki, toy yiyəsinin gözünü yorum, ordakılar da məndən bezsinlər, gedə bilim, deməsinlər, İzzət harada qaldı, gəlmədi. Özümlə 2 ifaçı da apamışdım. Onlara dedim ki, oxuyun, gəlirəm. Maşına minib məclisə gəldim, bibaşa səhənəyə getdim. Söz verdilər, danışdım, tez oxudum, təbrik etdim, qohumlarla görüşdüm, qayıtdım. 15 dəqiqə oxudum, 35-40 dəqiqə toyda oldum. Hamı da qohum, tanış çoxdur, onlarla görüşdüm. Bir də gördüm ki, artıq çıxmalıyam. Vüqarla aramız pis deyildi, amma bilmirəm toyu niyə Elçin Hüseynov apardı. İstəkləri elə olub ki, o aparsın. Nə deyə bilərəm? Aramız pis olsa, toya getməzdim. Sadəcə mənə deməmişdilər. Söylədiklər Elçin aparacaq məclisi. Elçin deyib ki, aparıcı mən olacağam, onun bir dayısı da mənəm. Mən də müdaxilə etmədim.
İncimədim, ürəkləri belə istəyib. Güclə deyə bilmərəm ki, toyu mən aparım. Hamı danışdı bu barədə, amma günahkar mən deyildim. Mən heç vaxt onların işinə qarışmamışam. Tahirə (İzzətin bacısı oğlu - red.) qarışa bilərəm, çünki ona atalıq etmişəm. Amma Almaxanıma qarışa bilmərəm. Birincisi atası var, ikincisi də həyat yoldaşı. Bütün işlərini atası həll edir. Bir ara o atasız heç yerə getmirdi. İndi həyat yoldaşı Murad onu əvəz edir. Onların sənət, özəl həyatlarına müdaxilə etmirəm. Belə şeyləri xoşlamıram. Mənim himayəmdə olmayan adamın işinə qarışa bilmərəm".//Axşam.az






















































