Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Sumqayıtdakı 26 saylı uşaq bağçasında nələr baş verir?
Uşaq bağçaları və körpələr evlərində neqativ halların xeyli artması ciddi addımların atılması zərurətini yaratmışdı. Məhz bu səbəbdən məktəbəqədər tədris müəssisələrinə qəbulun online qaydada aparılması barədə qərar verildi. Üstəlik sözügedən müəssisələr Prezident İlham Əliyevin sərəncamına əsasən, İcra Hakimiyyətilərinin balansından alınıb, Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.
Ancaq təəssüf ki, bəzi uşaq bağçaları bu dəyişikliklərdən sonra da öz fəaliyyətlərində dönüş yaratmayıblar. Götürək elə Sumqayıt şəhərindəki 26 saylı körpələr evi-uşaq bağçasını. Burada yalnız müdir Sidqiyyə Xıdırovanın qanunları işləyir. Onun rəhbərlik etdiyi bağçanın fəaliyyəti ilə bağlı saytımıza edilən şikayət dolu müraciətlər belə deməyə əsas verir. Belə ki, formal olaraq azyaşlı uşaqlar online qaydada növbəyə götürülsələr də, vaxt yetişəndə köhnə qaydalar işə düşür. Yəni, sənədlərinizi gətirin, arasında da 500 AZN...
Konkret faktlar əsasında geniş yazı yaxın günlərdə...
PS: Təəssüflər olsun ki, Sidqiyyə xanım bizimlə əlaqəyə girməkdən qəti imtina etdi. Müəssisənin Aygün adlı tibb bacısını qabağa verdi. Aygün isə müdirlə bizim aramızda gülünc çıxsa da, dilmanc rolunu oynamağa çalışdı. Hətta 500 AZN məbləği də müdirin tapşırığı ilə elə tibb bacısı valideyndən istəyib. Nəzərə çatdıraq ki, uşağın valideynləri düz bir ilə yaxındır ki, online qeydiyyatda dayanıblar.
PSS: Ümid edirik ki, Elm və Təhsil naziri Emin Əmrullayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov tezliklə Sumqayıt şəhərindəki 26 saylı körpələr evi-uşaq bağçasında hökm sürən özbaşınalıqlarla bağlı ölçü götürəcəklər.
Yazıda adı çəkilənlərin mövqeyini tanıyırıq.
Davamı var...
Xezertv.info























































