Xəbər Lenti
Dünən, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
1-10-2026, 12:04
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - Rayonlar üzrə rəqəmlər
Azərbaycanda eşşəklərin sayında azalma davam edir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində 12709 baş eşşək olub.
Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.
Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.
Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1362 baş eşşək olub.
İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.
İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:
Bakı şəhəri - 7
Naxçıvan Muxtar Respublikası - 1041
Abşeron-Xızı iqtisadi rayonu - 90
Dağlıq Şirvan iqtisadi rayonu - 513
Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426
Qarabağ iqtisadi rayonu - 658
Qazax-Tovuz iqtisadi rayonu - 2949
Quba-Xaçmaz iqtisadi rayonu - 1552
Lənkəran-Astara iqtisadi rayonu - 2535
Mərkəzi Aran iqtisadi rayonu - 224
Mil-Muğan iqtisadi rayonu - 478
Şəki-Zaqatala iqtisadi rayonu - 542
Şərqi Zəngəzur iqtisadi rayonu - 88
Şirvan-Salyan iqtisadi rayonu - 606






















































