Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
“İnanırıq ki, Novruz bayramını Qərbi Azərbaycanda da keçirmək qismət olacaq” - Təmraz Tağıyev
“Nərimanov rayonu paytaxtın mərkəz rayonlarından biri olaraq, həm də qərbi azərbaycanlıların ən çox məskunlaşdığı rayonlardandır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.
Onun sözlərinə görə, Nərimanov RİH-in təşkilatçılığı ilə xalqımızın milli bayramı olan Novruz bayramı rayonda böyük coşqu ilə qeyd edilib. Rayon ərazisində yerləşən Nərimanov parkında genişməzmunlu sərgi və möhtəşəm bayram konserti təşkil edilib:
“Bu bayram tədbiri bir daha nümayiş etdirdi ki, uzun illər yurd həsrəti çəkən qərbi azərbaycanlılar da bu illər boyu öz milli adət-ənənələrini qoruyub saxlaya, böyüməkdə olan nəslə ötürə biliblər.
Rayon təşkilatı olaraq daim əlaqə saxladığımız rayonumuzun ən yaşlı xanımı - 102 yaşlı Fatma İsmayılova da bu adət-ənənələri qəlbində yerli-yataqlı daşımaqla hər birimizdə bir ümid çırağı yandırıb. Bu gün hər bir qərbi azərbaycanlının ürəyində saxladığı xatirələrdə o illərin adət-ənənələrinin xüsusi yeri var və hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirik. İnanırıq ki, o gün uzaqda deyil. Hətta yaşlı insanlarımızı belə yaşadan məhz bu inamdır.
İnanırıq ki, paytaxtda belə şövqlə keçirdiyimiz Novruz günlərini məhz Qərbi Azərbaycanda da keçirmək bizlərə qismət olacaq”.



























































