Menu
Xəbər Lenti
İmsakda çay içməyin!
Dünən, 06:53

İmsakda çay içməyin!

Bu ərazilərdə qaz olmayacaq
17-03-2025, 07:07

Bu ərazilərdə qaz olmayacaq

Nağdəli Xəlilov vəfat etdi
17-03-2025, 06:56

Nağdəli Xəlilov vəfat etdi

18 Mart 2025 17:47Manşet / Gündəm

Viza düzəltmək adı ilə insanları aldadıb pul atan “Avion Travel” şirkətinin sahibi Lalə Rəcəbovanın məhkəməsi başladı – Hakim hansı qərarı verəcək?

Xeberde.az xəbər verir ki, 202 nəfərdən dən cox vətəndaş Bakıda yerləşən “Avion Travel” şirkəti tərəfindən Avropada işlə təmin olunmaq vədi ilə aldadıldılaraq pulları mənimsənilib.

Çox saylı şikayətlər əsasında, viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.

L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhəri, Yasamal rayonunda  yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.

Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 202 şəxs zərərçəkmiş kimi tanınıb, onlara dəyən ziyan  1000 000 manata yaxın olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha cox zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılıb. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 1000000 manata yaxın olub.

Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.

Hazırda Lalə Rəcəbovanın məhkəməsi başlayıb.

Nəsimi rayon Məhkəməsinin hakimi
Elməddin Hüseynov sədirliyi ilə başlayıb.

Şikayətçi vətəndaşlar inanır ki, onlara dəymiş ziyan ödəniləcək, “Avion Travel” şirkətinin rəhbəri Lalə Rəcəbovaya ən ağır cəza veriləcəkdir.

Sözügedən məsələni diqqətdə saxlayacağıq.

Xeberde.az