Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”
Bakı sakini Nəzrin Qəmbərova “TK Travel” şirkətinin rəhbəri tərəfindən dələduzluq əməli ilə üzləşdiyini iddia edir.
“Qafqazinfo”ya müraciət edən N.Qəmbərova şirkətə rəhbərlik edən Könül Ramazanovanın onu aldadaraq xeyli miqdarda pulunu ələ keçirdiyini deyir.
Onun sözlərinə görə, əvvəldən tanıdığı Könüllə birgə turizm işi ilə məşğul olublar: “Mən müştərilər tapıb hazırda Londonda yaşayan Könülə istiqamətləndirirdim və onun vasitəsilə həmin şəxslərə biletlər alırdıq. Buna görə aramızda borc məsələsi var idi. O, 2022-ci ilin iyul ayında mənim telefonumun bağlı olmasından narahatlıq keçirərək polisə müraciət etdi. Mən ona borcumun olduğunu etiraf etdim və vaxt istədim. Həmin ərəfədə valideynlərim ona olan borcumu ödədi və ona heç bir borcum qalmadı”.
Şikayətçi qeyd edib ki, borcunun ödənməsinə baxmayaraq, Könül onun sifariş etdiyi biletləri ləğv etdirib və əvəzinə saxta biletlər təqdim edib: “Həmin vaxt məndən biletlərin alınması üçün 15 800 manat pul almışdı. Məlum oldu ki, o, biletləri ləğv etdirib, mənə verdikləri də istifadəsi mümkünsüz biletlər idi. Buna görə mənə 15 800 manat ziyan dəydi və vətəndaşların verdiyi pulları məcburi özüm ödəməli oldum”.
N.Qəmbərova əlavə edib ki, artıq faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə iş başlanılıb. Onunla yanaşı, Fatimə Salamova adlı qadın da Könül barəsində polisə şikayət edib.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanıldığı təsdiqlənib. Hazırda istintaq araşdırması davam etdirilir.























































