Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

11 Dekabr 2022 18:29Cəmiyyət

Şirvanda vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.