Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Heydər Əliyev Mərkəzinə nadir incəsənət kompozisiyası - “Qəlbim sənindir” gətirilir!
Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunacaq.
“Qafqazinfo” xəbər verir ki, italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (“My heart is yours”) əsəri ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənəcək.
Əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatə edib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib. Mürəkkəb sayılan “Qəlbim sənindir” əsərinin tamamlanması iki ildən çox vaxt alıb.
Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir. “Qəlbim sənindir” kompozisiyası da bu sərginin ardı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən çatdırmış olacaq.























































