Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılacaq
2024-cü il noyabrın 1-dən 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi nümayiş olunacaq.
“Qafqazinfo” xəbər verir ki, sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldəcək. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ilə yanaşma, təbiətin gücü və bu gücün tükənməzliyinin təsviri ideyası təşkil edir.
Lorenso Kuinnin əsərləri Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim olunacaq. Bakı sərgisində ziyarətçilər “Eros”, “Birlikdə” (Together), “Paralel dünya” (Pharalel Universe), “Təbiətin gücü” (Force of Nature), “Özünü sev” (Love Yourself), “Balanslaşdırılmış dünya” (Balanced World) və digər əsərlərlə tanış ola biləcək.
Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Bu əsərdə bükülmüş çılpaq adam yorğun halda qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir ovucun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.
Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana yaratmağa, həm də məhv etməyə imkan verən vasitə olan əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.
Bakı sərgisini bəzəyən digər əsər “Təbiətin gücü” (Force of Nature) olacaq. Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır.
Heydər Əliyev Mərkəzinin parkında dünya sənətsevərlərini heyran edən Lorenso Kuinnin “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkün olacaq. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Oskar mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb. Rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlib. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.
“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarıcları çatdırır. Əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.























































