Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb.
“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.
Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.























































