Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
“Təbiətin nemətləri” İtaliyadan Heydər Əliyev Mərkəzinə gətirilir!
Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) fərdi sərgisi açılacaq.
“Qafqazinfo” xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın 120-dən çox əsəri sərgilənəcək.
Müəllif əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaratdığından onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilmiş olacaq. Həmin kompozisiyaların arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alacaq.
Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.
Cüzeppe Karta: nəhəng natürmortlar yaradıcısı
ABŞ, Avstraliya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, İtaliya, Yeni Zenlandiyada təşkil edilən sərgilərdə, festivallarda, Venesiya Biennalesində təmsil olunan, çoxsaylı beynəlxalq mükafatların sahibi Cüzeppe Kartanın əsərlərini paytaxt Bakıda bir ilə yaxın müddətdə izləmək mümkün olacaq.
“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.
Əsərlər Mərkəzin park ərazisi və sərgi zalında nümayiş olunacaq. Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.
Dünya üzrə “Çili bibəri səfiri” olan heykəltaraş
Avropada tanınan “Böyük bibərlər” seriyası Cüzeppe Karta tərəfindən Çin Xalq Respublikasının Siçuan əyalətinin Çonqkinq şəhəri üçün hazırlanıb. 7,5 hündürlüyündəki bu heykəl bölgənin rəmzi kimi əsas meydanı bəzəyir. Cüzeppe Karta nüfuzlu Dünya Çili Alyansının (World Chilli Alliance) rəmzini də yaradıb.
Müəllif “Milan Ekspo 2015”də Birləşmiş Millətlər Təşkilatının meyvə bağları konsepsiyası çərçivəsində də qırmızı bibər heykəlini təqdim edib. Həmin ilin sonunda bu heykəl onun Vətənində Sardiniya Bankının mülkiyyətinə çevrilir.
İtaliyanın Çili Bibər Akademiyası tərəfindən isə Cüzeppe Kartaya dünya üzrə “Çili bibəri səfiri” titulu verilib. Şəhər və incəsənət məkanlarının rəmzinə çevrilən “Narlar”Cüzeppe Kartanın təsvir obyektlərindən biri də nardı. O, 2012-ci ildə məşhur tenor və bəstəkar Andrea Boçellinin Toskana bölgəsindəki “Sükut teatrı” üçün 9 metrlik nəhəng narla səhnə dekorasiyası hazırlayır. Daha sonra Kartanın “narlar”ı “Sükut teatrı”nın rəmzinə çevrilir.
Ümumiyyətlə, Kartanın meyvə və tərəvəz heykəllərinin dünyanın bir-birindən fərqli yerlərini bəzəməsinə dair siyahını artırmaq olar. Onun bu yaradıcılıq konsepsiyası dünyada rezonans yarada bilib. Kartanın kompozisiyaları eşidilməyən, lakin hiss olunan həzin bir melodiyanı xatırladır, əsərləri təbiətin əbədi gözəlliyini bir daha təsdiq edir.






















































