Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Özəl sektorla əməkdaşlıq çərçivəsində AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında seminar keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) və “Holberton School Azərbaijan” məktəbi arasında əməkdaşlıq çərçivəsində akademiya tələbələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə seminar keçirilib.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev informasiya texnologiyalarından, süni intellektdən, proqramlaşdırma və məlumat analitikası bacarıqlarının önəmindən danışıb, əmək bazarının tələbləri baxımından tələbələrin bu kompetensiyalara sahib olmasının əhəmiyyətini vurğulayıb.
“Holberton School Azərbaijan”ın direktoru Şəmsi Bayramzadə və proqram mühəndisi Safura Mehtizadə tədris müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, “Holberton School Azərbaijan” ofisi ABŞ-da olan Silikon vadisi əsaslı yeganə qlobal informasiya texnologiyaları üzrə məktəbdir və Azərbaycanda bir ilkdir. Məktəbin "peer-to-peer" metodikası əsasında tələbələrə qarşılıqlı öyrənmə imkanı yaratdığı və bu yanaşmanın komanda şəraitində ünsiyyəti gücləndirərək tədris prosesini daha effektiv etdiyi vurğulanıb.
“Holberton School Azərbaijan”ın akademiyadan seçiləcək 20 nəfər tələbə üçün tam təqaüd proqramı da təqdim edəcəyi diqqətə çatdırılıb.
Seminarda tələbələrin sualları cavablandırılıb.






















































