Xəbər Lenti
Bugün, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
"Report” xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
"Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti "AlfaSığorta"da sığortalanmışdı. Riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"nə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta ödənişi fevralda həyata keçirilib", - o qeyd edib.
Bununla belə, baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb.
İ.Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsini səbəbini də izah edib.
"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır", - o qeyd edib.
Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, İ.Kabaçnik deyib: "Yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və biz bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.























































