Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Qazaxıstandan AZAL-ın qəzaya uğrayan təyyarəsilə bağlı açıqlama
Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır.
"Report”un məlumatına görə, bunu "RİA Novosti”yə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
"Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq”, - deyə, o bildirib.
D. Abayev qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndələr təyin ediblər.
"Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc olunmuş hesabatı ilkin xarakter daşıyır. Nazirliyin məlumatına görə, yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər. Yeri gəlmişkən, ICAO ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirib, məlumatın təfərrüatlı və dolğunluğunu qeyd edib”.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl AZAL təyyarəsi ilə insidentin ölkənin hava məkanında baş verdiyinə görə üzr istəyib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində hadisə ilə bağlı irəli sürülən üç şərt açıqlayıb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli, Azərbaycana, yaralanan və həlak olan sərnişinlərə və təyyarənin ekipaj üzvlərinə təzminat ödəməlidir.























































