Xəbər Lenti
Dünən, 19:38
Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Dünən, 19:13
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
Dünən, 15:09
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
27-11-2026, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Bakı sakinlərinin nəzərinə: Bəzi binalar söküləcək
Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq.
Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən bildirilib ki, rayon ərazisində 215 qismən qəzalı bina var.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.
Ətraflı süjetdə:























































