Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

01 Fevral 2025 11:24Manşet / Dünya

Rusiya fevralın 5-dən qanunsuz miqrantları ölkədən çıxarır

 

Fevralın 5-dən etibarən qeyri-qanuni miqrantların Rusiyadan çıxarılmasına başlanılacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. 

O, miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki dəyişikliyi açıqlayıb. Bunlardan birincisi qeyri-leqal miqrantların ölkədən çıxarılması ilə bağlıdır.

İkincisi isə ölkəyə giriş və çıxış qaydalarının pozulmasına görə, həmçinin nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş miqrantlara göstərilməsi qadağan edilən xidmətlərlə bağlı inzibati məsuliyyətin tətbiqidir.