Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Meksikada qeyri-qanuni miqrasiya səbəbindən 60 qatarın hərəkəti dayandırılıb
Meksikanın ən böyük dəmiryol operatoru “Ferromex”, nəqliyyat vasitəsi qismində yük qatarlarından istifadə edən qeyri-qanuni miqrantların sayının artması səbəbindən bir neçə marşrut üzrə yükdaşıma xidmətlərini müvəqqəti olaraq ləğv etmək qərarına gəlib.
“Ölkənin müxtəlif bölgələrində cəmləşmiş miqrantların sayında nəzərəçarpacaq artımı və yük qatarlarından istifadənin onların təhlükəsizliyinə ciddi təhlükə yaratdığını nəzərə alaraq, “Ferromex” hazırda 60 qatarı müvəqqəti olaraq dayandırıb”, - deyə şirkətin çərşənbə axşamı “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında dərc olunmuş bəyanatında bildirilir.
Qeyd olunur ki, ölkənin şimal sərhədinə gedən dayandırılmış qatarların tutumu 1,8 min yük maşınının tutumuna bərabərdir. Yükdaşıma şirkəti bildirir ki, son günlər qatarlardan istifadə edən miqrantların sayı xeyli artıb - hazırda ən azı 2300 belə qeyri-qanuni immiqrant var.
Mənbə: Oxu.Az






















































