18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

Bu gün Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür.
1992-ci ilin bu günü Azərbaycanın dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət orqanlarından biri olan müstəqil gömrük sisteminin əsası qoyulub.
Uzun illərdir bu sistem hesabına ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ən mühüm strateji sərvətlərin ölkədən çıxarılmasının qarşısı alınır.
Ümumilikdə isə Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Belə ki, gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkilinin ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş tutmasına baxmayaraq, tarixən mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərib.
Rəsmi şəkildə Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə ilk dəfə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmiryolu stansiyasında gömrük postları yaradılıb. 1918-ci il avqustun 10-da isə Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi qəbul edib.
Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədi ilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılıb və burada 992 gömrük işçisi keşik çəkib. Lakin aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan verməyib.
71 illik SSRİ dövründə isə Azərbaycanda gömrük sistemi mövcud olmayıb. Bu iş ittifaq orqanları tərəfindən həyata keçirilib.





















































