AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
26 YANVAR LƏNKƏRAN FACİƏSİ
1990- cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus imperiyası tərəfindən Bakda dinc xalqa qarşı divan tutaraq bəşəriyyət tarixinə qanlı hərflərlə yazılan "20 Yanvar" faciəsini törədildi. Bu faciəni dünya bilməsin deyə həmin gecə telestudiyanın enerji bloku partadıldı.
Lənkəraranin mərd və cəsur oğulları Rus imperiyasının törətdiyi faciəyə görə etiraz edərək ayağa qalxdılar. Radioötürücülər vasitəsi ilə beş dildə 20 Yanvar faciəsi dünyada ictimailəşdirildi. Həmən ərəfədə milli mudafiə qüvvələri yaradıldı. Ləkərandakı avtomobil məktəbinin yataqxanası milli müdafiə qüvvələrinin qərargahı oldu.
Rayonun mərkəzi meydanında mitinqlər davam edirdi. Həmin mitinqlərdə mən də iştirak edərək tribunadan birbaşa Qorbaçovu lənətləyirdim. Mitinqə yığışan insan axını təlatümə gələn dənizi bizə xatırladırdı. Onda mənim cəmi 19 yaşım vardı.
Xatırladaq ki, Rus imperiyası Azərbaycana biganəlik göstərərək Ermənistanı acıq-aşkar müdafiə edirdi. Onun Qarabağ ərazisində törədilmiş vəhşiliklərə şərait yaratması Lənkəran rayonunun sakinlərini bərk hiddətləndirmişdi.
İmperiyaya etimadsızlıq olaraq 11yanvar 1990-cı il tarixində Lənkəranda sovet hakimiyyəti devrildi. Amma həmin ərəfədə heç bir qanun pozuntusu baş vermədi.
Hakimiyyətə xalq nəzarət edirdi. 20 Yanvar faciəsindən sonra rayon camaatı hiddətlənərək öz partiya və komsomol biletlətini Lənkəranın Mərkəzi meydanında yandırdılar. Lənkərandakı olaylardan xəbərdar olan imperiyanın başında duran Mixail Qorbaçov daha da amansizlaşaraq bu rayona divan tutmasına qərar verdi. Vəziyyətdən xəbərdar olan Milli Müdafiə qüvvələri dinc əhaliyə ziyan dəyməsin deyə Lənkəran rayonundakı İstisu meşəliyinə yığışıb gözləmə mövqeyində qamışdılar. Burada xeyli sayda qüvvə yerləşmişdi. Onlarin məqsədi isə Qarabağ ərazisində ermənilərin törətdikləri təxribatlara son qoyulması və 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi idi.
26 yanvar 1990- cı il saat 14:00-da Lənkəranın bir sıra rəhbər işçiləri və Rus hərbçilərinin rəsmilərinin birgə iştirakı ilə Milli müdafiə qüvvələri arasında danışıq aparıb, işi dinc yolla həll etmək lazım idi.
Saat 13:30-da Rus hərbiçiləri bəhanə olaraq milliyyətcə tatar olan bir zabiti arxadan vuraraq hücuma keçdilər. Müdafiə qüvvələrindən 5 nəfər şəhid oldu, 40 nəfər tutuldu. Bir nəfər isə vertolyotda ikən verilən işgəncə nəticəsində dünyasını dəyişdi.
20 Yanvar və 26Yanvar faciəsinin 11şəhidinin məzarı Lənkərandaki Şəhidlər xiyabanindadir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin.
Mən 26 yanvar Lənkəran faciəsinin hər bir şahidindən xahiş edirəm ki, həmin hadisələrlə bağlı xatirələrini paylaşsınlar. Bu bizim şanlı tariximizdir.
Zahid HƏBİBOĞLU.