“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Dünənki uşağın rəyi illərin müəllimindən çox “like” qazandı”
“Real TV”nin “Başdan başa” proqramının növbəti buraxılışı yayımlanıb. Aparıcı Sərdar Amin bu dəfə sosial şəbəkələrdə yayılan neqativ ideyalar, sosial medianın yetişdirdiyi gənclik, onlarla davranış qaydaları mövzusuna və bir sıra digər maraqlı məqamlara toxunub.
“Qafqazindo” xəbər verir ki, S.Amin sosial şəbəkələrin ənənəvi mediadan fərqli xüsusiyyətlərindən söz açıb.
O bildirib ki, KİV vasitəsilə qazanılan şöhrət sosial şəbəkədə əldə olunan məşhurluqdan xeyli fərqlənir: “Bu fərq eynilə şaftalı-qaysı müqayisəsi kimidir. Oxşar olduqları qədər də ayrı dada malikdirlər. Onlayn media və sosial şəbəkə əlaqəni dəyişdi. Artıq mətbuat orqanları daha əlçatan olub. Öncə məktəblilərin söhbət plastı kimi düşünülən sosial platformalar hazırda hər kəsin tribunasına çevrilib. Ağa da orada hayqırır, nökər də orada pıçıldayır”.
Müəllif əlavə edib ki, hətta bəzən sosial şəbəkələrdə Azərbaycan tarixini gənclərə aşılayan müəllimin çıxışları şagirdlərin rəylərdindən daha az “like” toplayır.
Ətraflı videomaterialda:
























































