Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
21 Fevral 2023 19:57Cəmiyyət
ABŞ Ali Məhkəməsində terror təşkilatlarının sosial mediadan istifadəsi üzrə iddiaya baxılır
Birləşmiş Ştatların Ali Məhkəməsində sosial media şirkətlərinin öz platformalarından istifadə etmələrinə icazə verərək terror təşkilatlarına kömək etməsi ilə bağlı iddiaya baxılır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə iddiası qaldıran “Taamneh” hüquq bürosu İŞİD terrorçularının sosial mediada öz platformalarından istifadə etdiyini, bəzi hallarda on minlərlə ID və ya əlaqəli hesablara gündə on minlərlə dəfə baxıldığını bildirib.
ABŞ-ın təqaüddə olan generalları tərəfindən təqdim olunan “Amicus” brifinqində İŞİD-in onlayn təbliğat vasitəsilə öz nüfuzunu genişləndirmək üçün sosial mediadan necə istifadə etdiyi təfərrüatları ilə açıqlanıb. Yüzlərlə terror qurbanı da sosial media platformalarına qarşı iddiaya dəstək üçün brifinqlərə qatılıb.
Sözügedən aksiya bir terror qurbanının amerikalı qohumlarının təşəbbüsü ilə keçirilib. İordaniya vətəndaşı Navra Al Assaf 2017-ci ildə Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda baş verən atışmada öldürülüb. Bir İŞİD terrorçusu kütləyə atəş açaraq 120 güllə atıb, 39 nəfəri öldürüb, 69 nəfəri yaralayıb. Məhkəmə zamanı müttəhimlər bildiriblər ki, onlar sosial mediada İŞİD təbliğatı olan hesablarda mütəmadi olaraq iştirak edib, terror çağırışlarını oxuyublar.
“Taamneh” hüquq bürosunun vəkili Keyt Altman jurnalistlərə müsahibəsində deyib ki, sosial media şirkətləri qanunlara riayət etməli, ağlabatan və məsuliyyətli davranmaq üçün daha diqqətli olmalıdır. Hüquqşünas ümidvar olduğunu bildirib ki, məhkəmə sosial mediaya qarşı iddiaları təmin edəcək. K.Altman onu da qeyd edib ki, yutub pul qazandığı terror məzmununun alqoritmik təbliğinə görə məsuliyyət daşıyır.
Ekspertlər bildirirlər ki, ABŞ Ali Məhkəməsində davam edən məhkəmə prosesi interneti əsaslı şəkildə dəyişə, indiyə qədər aşağı instansiya məhkəmələri tərəfindən sosial media istifadəçilərinə paylaşdıqları məzmuna görə verilən geniş toxunulmazlıq məhdudlaşdırıla bilər. Onlar əlavə ediblər ki, son hesabatlarda yeniyetmələrin azı 60 faizinin sosial media üzərindən hər hansı formada zorakılığa məruz qaldıqları qeyd olunub.