Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev: "20 Yanvar – qanlı və şanlı tariximiz".
Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov - Heydər Əliyev İrsinə və İlham Əliyevin Siyasətinə Sadiqlik
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov: "DÖVLƏTƏ SƏDAQƏT ANDI"
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “20 Yanvar hadisələrinə siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi”.
20 Yanvar hadisələri, xalqımızın tarixinə qanla yazılmış faciələrdən biri kimi daxil olmuşdur. Həmin dəhşətli günlərə siyasi qiymətin verilməsi, xalqımızın haqq səsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək Ulu Öndər Heydər Əliyevin qürurlu və tarixi missiyalarından biri olmuşdur. Şübhəsiz ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhunun bir daha gözəl ifadəsi idi. Bu hadisə sadəcə bir faciə deyil, azadlıq üğrunda verilmiş mübarizənin simvoludur.
Teymur Hacıyevin dediyi kimi, 20 Yanvar hadisələrinə siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycan əhalisini sözsüz təmsil edərək, SSRİ hakimiyyətinin gördüyü qanunsuz addımları çətin və qorxulu şəraitə baxmayaraq tənqid etdi. O, hadisənin siyasi və əxlaqi müdafiəsini etdikdə xalqımızın çəkdiyi dərdə də ortaq oldu.
20 Yanvar hadisələrinin siyasi qiymətləndirilməsində Heydər Əliyevin liderliyi böyük bir tarixi önəm kəsb edir. 1993-cü ildə onun hakimiyyətə qayıdışı bu istiqamətdə yenidən addımları tezləşdirdi. Milli Məclisdə 20 Yanvar hadisəsi haqda tarixi bir qanun qəbul edildi və bu hadisə bir daha ədalətin zəfərə çatma yolunda önəmi kimi tariximizə daxil oldu.
Prezident cənabı İlham Əliyevə gəldikdə, o, Ulu Öndərin siyasi kursuna sadiq qalaraq, 20 Yanvar şəhidlərinin xatirəsini daima uca tutmuş və onlara lazımi ehtiramı göstərmişdir. Hər il 20 Yanvar faciəsinin ildönümündə, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, dövlət tərəfindən çoxlu mərasimlər təşkiledilir. Xüsusi olaraq, Şəhidlər Xiyabanı ölkə başçısı tərəfindən ziyarət edilir və xatirə olaraq gül çələngi qoyulur.
Prezident İlham Əliyevin siyasi iradəsinin təzahürü olaraq, 44 günlük Vətən müharibəsi xalqımızın haqq səsini bütün dünya miqyasında bir daha təsdiqlədi. Bu, milli birliyimizin və azadlıq arzularımızın bariz ifadəsi idi. Qarabağın işgaldan azad edilməsi tariximizdə yeni bir səhfə açdı və Ulu Öndərin siyasi irsinin təntənəsini nümayiş etdirdi.
Polis generalı Teymur Hacıyevin qeyd etdiyi kimi,20 Yanvar hadisələri təkcə Azərbaycan xalqının milli iradəsini nümayiş etdirmədi, həm də sovet imperiyasının çöküşünü sürətləndirən mühüm tarixi hadisələrdən biri oldu. Bu faciə, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik ideallarına olan sadiqliyinin simvoluna çevrildi. Nəticədə, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi və şəhidlərimizin arzularını həyata keçirdi.
Bu gün 20 Yanvar, həm kədər, həm də qürur günü kimi qeyd olunur. Həmin gün biz şəhidlərimizi yad edərək, onların müqəddəs qanının Azərbaycan xalqının azadlıq mübarizəsindəki rolunu anırıq. Eyni zamanda, bu tarix bizə milli birliyimizin və müstəqilliyimizin əbədi olduğunu xatırladır. Azərbaycan xalqı hər zaman şəhidlərin xatirəsini əziz tutaraq, müstəqil dövlətinin inkişafı üçün yorulmadan çalışır.
Beləliklə, 20 Yanvar – qanla yazılan tariximizdir. Bu tarix, milli azadlıq mübarizəmizin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, gələcək nəsillərə qəhrəmanlıq və vətənpərvərlik dərsi verir.
Şəhidlərimizə Allah rəhmət eləsin!
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü