Xəbər Lenti
Dünən, 10:00
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
1-01-2026, 11:39
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
1-01-2026, 11:35
Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib
1-01-2026, 11:28
Arzu Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib
31-12-2025, 16:00
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
31-12-2025, 15:58
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
31-12-2025, 15:53
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
31-12-2025, 14:56
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
31-12-2025, 13:36
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
31-12-2025, 13:17
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
31-12-2025, 12:06
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
31-12-2025, 11:48
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
31-12-2025, 11:35
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 08:51
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
Avropada ruspərəstlər revanş götürür
"Burada əsas səbəb Avropa ölkələri cəmiyyətlərində durğunluğun yaranması ilə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov son zamanlar bir sıra Avropa ölkələrində Rusiya ilə yaxınlaşmağın tərəfdarı olan qüvvələrin iqtidara gəlməsi və ya mövqelərini gücləndirməsi səbəblərindən danışarkən deyib:
"Bu cəmiyyətlər müharibədən yorulub. Ona görə də bəzi Avropa ölkələrində Rusiyameylli qüvvələrin iqtidara gəlməsinin şahidi oluruq. Almaniyada keçirilən sorğular da göstərir ki, qarşıdan gələn parlament seçkilərində birinci yeri olmasa da, ikinci yeri müharibə əleyhinə çıxış edən ifrat sağçı və Rusiya ilə əməkdaşlığa çağıran "Almaniya üçün Alternativ” partiyası qazanacaq”.
R. Mirqədirov düşünür ki, hazırda bütün dünyanın siyasi böhran içində olması da bir sıra Avropa ölkələrində sözügedən tendensiyanın baş qaldırmasına rəvac verib:
"Dünyanın gələcəyi, əsas konturları müəyyənləşir. Bu, sözsüz ki, qeyri-müəyyənlik yaradır. Müharibə isə böyük resurslar tələb edir. Belə vəziyyət də cəmiyyətdə hakimiyyətlərə münasibətdə müəyyən narazılıq yaradır. Bu əsasda da müharibə əleyhinə çıxan, populist şüarlarla çıxış edən qüvvələrə səs verirlər”.

Ekspert qeyd edir ki, Avropanın bəzi ölkələrində mövcud situasiyanın yaranmasında Moskvanın təsir vasitələrinin də rolu olub:
"Başqa bir məqam odur ki, Rusiya bir çox Avropa ölkəsində seçkilərin gedişinə təsir göstərməyə çalışır. Moskva bu niyyətini gerçəkləşdirmək üçün müəyyən siyasi partiyaların maliyyələşdirilməsində iştirak edir, habelə informasiya mənbələrindən yararlanır. Bu yollarla da seçki prosesinə təsir etməyi düşünürlər. Amma bütövlükdə bu tendensiyanın hakim tendensiyaya çevriləcəyinə inanmıram”.
Siyasi şərhçi qarşıdakı dövrdə Rusiyamüeylli qüvvələrin hakimiyyətə gəlməsi tendensiyasının digər Avropa ölkələrinə də sirayət edəcəyini düşünmür. O, bildirir ki, ABŞ-də Trampın qələbəsi heç də Avropada Rusiyameylli qüvvələrin güclənməsinə təsir etməyib:
"Avropada Amerikaya həmişə kifayət qədər şübhə ilə baxıblar. Tramp özü tam olmasa da kifayət qədər sağçıdır. Onun bəyanatları düşünmürəm ki, Avropada sağların güclənməsinə gətirsin. Tramp bir tərəfdən Avropaya güclü təzyiq göstərməyə çalışır, digər tərəfdən isə hesab edir ki, öz təhlükəsizlik məsələlərini Avropa özü həll etməlidir. Bu mənada onun Avropa ilə bağlı bəyanatları və onlara təsir və təzyiq cəhdləri ola bilsin əks təsir göstərsin. Yəni Trampın Avropa ilə bağlı bəyanatlarının bu qitə ölkələrində Rusiyameyllilərin güclənməsinə heç bir təsiri yoxdur”.
Həmsöhbətimiz deyir ki, Avropada populistlərin qələbəsi bir sıra hallarda cəmiyyətin əhval-ruhiyyəsilə bağlıdır:
"Bu qələbələr heç də siyasi elita ilə bağlı deyil. Yaranmış vəziyyətdəbunu da nəzərə almaq lazımdır. Avropa siyasi elitasının böyük hissəsi öz təhlükəsizliyi üçün Rusiyaya təhlükə kimi baxır. Onu da nəzərə alaq ki, ABŞ okeanın o tayındadır, Avropa ölkələri isə Rusiyaya qonşu və ya çox yaxındır. Ukrayna ilə müharibənin əsas səbəblərindən biri Rusiya üçün sərhəddə daha az NATO şüarı idi. Amma bu gün Rusiya sərhədində NATO daha da güclənib. Ukrayna müharibəsi gedişində İsveç və Finlandiyanın NATO-ya üzv olması buna sübutdur. Halbuki ona qədər bu iki ölkə hər zaman bitərəflik siyasəti yürüdüb”.
Qeyd edək ki, son dövrlər NATO və Aİ üzvü olan bir sıra Avropa ölkələrində Moskvaya yaxınlaşmaq istəyində olan siyasi qüvvələr güclənir. Macarıstanın ardınca Slovakiyada hakimiyyətə rusiyameylli qüvvələr gəldi. Avstriyada da artıq xeyli müddətdir Kremlə yaxın olan siyasilər iqtidardadır. Xorvatiyada da anoloji vəziyyət hökm sürür. Burada dünən baş tutan prezident seçkisində Rusiya ilə yaxın olmaq kursu götürən hazırkı prezident yenidən seçildi.
Düzdür, Xorvatiyada prezidentin səlahiyyəti elə də çox deyil. Amma hər halda, bu da Rusiyaya meylli qüvvələrin növbəti qələbəsi sayıla bilər. Almaniyada qarşıdan gələn parlament seçkilərində sağçı "Almaniya naminə alternativ” partiyasının mövqeyini daha da gücləndirəcəyi gözlənilir. Onlar da Moskvaya müsbət münasibət bəsləyirlər.
Rüfət Sultan























































