Xəbər Lenti
Bugün, 14:04
Gəncədə “Xoşbəxtliyin Qiyməti” – Qələbənin 5-ci ildönümünə həsr olunmuş təsirli teatr gecəsi
Bugün, 13:00
Deputat: Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanın vergidən azad edilməsi müsbət nəticələr verəcək
Bugün, 12:07
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: "8 noyabr Zəfərin müəllifi – Müzəffər Ali Baş Komandan".
Bugün, 10:49
Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
Bugün, 07:32
İsmayıl Zalov Avropa Parlamentində Azərbaycan dövlətinin mövqeyini yüksək səviyyədə müdafiə etdi
Dünən, 10:59
Tüklə kəndində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir – Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı baş tutdu
4-11-2025, 20:22
"ARHD.AZ" ictimai-siyasi media saytın rəhbəri, Beynəlxalq Hüquq Eksperti, Hüquq üzrə Fəlsəfə doktoru İsmayıl Zalov Avropa səfərindədir.
4-11-2025, 18:28
Xəbər saytlarının alınmasından qazanılan pullar - Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir?
4-11-2025, 09:55
Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
4-11-2025, 08:28
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
"T-Finans LLD"çilər Heydər Əliyevin xatirəsini yad etdilər (FOTO/VİDEO)
Bakıda "T-Finans LLD" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konfransı keçirilib.
Qaynarinfo-nun məlumatına görə, qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Konfrans iştirakçıları həmçinin Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.
Daha sonra "T-Finans LLD" MMC-nin rəsmi şəxsləri, iş adamları, qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimi olub. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Tədbiri "T-Finans LTD" MMC-nin icraçı direktoru İlahə İlyasova açıq elan edib. O, qonaqlara 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Aazərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edildiyini xatırladıb. 1991-ci ilin dekabrından indiyədək Ümummili Lider Heydər Əliyevin təməli qoyduğu 31 dekabr Dünya Azərbaycanlılarının Hhəmrəylik Günü ölkəmizdə və xaricdə təm-təraqla qeyd olunur.
Şirkət rəhbəri Ümumilli lider Heydər Əliyevdən sitatda gətirib: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid yeridir".

"T-Finans LLD" MMC-nin Türkiyə nümayənədəliyinin vəkili Başar Yaltı bir neçə gün öncə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması nəticəsində xeyli sayda soydaşımızın ölümü və xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Qonaq daha sonra Ümumilli Lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlərindən söz açıb. Onun sözlərinə gorə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri bu tarixi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayır: "Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün bu qardaşlıq münasibətləri yüksələn xətlə daha da inkişaf edir".

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlərin, inkişafın, yüksək sosial tərəqqi erasına daxil olmasının məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olduğunu dilə gətiriblər. Onlar Türkiyə və Azərbaycan qardaşlıq münasibətlərindən də danışıblar.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda canlı musiqilər səsləndirilib.



























































