“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
“Bütün bunlar onun sülhə qarşı olmasını bir daha sübut edir”
Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo, Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bildirilib ki, müsahibəsində, bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycan ilə danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N. Luazo, Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir.
Natali Luazo, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.
Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu, həmçinin ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.
Qərbi Azərbaycan İcması, Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayır.























































