Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
“Bu, Ermənistanın gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir”
BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılması təqdirəlayiqdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Qeyd olunur ki, Ermənistan nümayəndə heyətinin bu suallara dözümsüz münasibəti, bizim üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir.
“Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilər.
Komitənin Ermənistana “Azərbaycan və Ermənistan kontekstində mediada və internet məkanında rəsmilərin və siyasətçilərin nifrət dolu çıxışlarından narahatlıq ifadə etməsi” ilə bağlı verdiyi tövsiyəsini Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü irqçi siyasətin BMT tərəfindən qeydə alınması kimi qiymətləndiririk. Bu xüsusda,BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırırıq. Biz, eyni zamanda BMT-nin digər aidiyyəti qurumlarını Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların pozulmuş hüquqlarına toxunmağa və bu ədalətsizliklərin aradan qaldırılması üçün Ermənistana tövsiyələr verməyə dəvət edirik”, - bəyanatda vurğulanıb.























































