Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi İnstitutunun əməkdaşları müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri, böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İnstitutun icraçı direktoru, biologiya elmlər doktoru, professor Şakir Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu anım günündə biz onun əziz xatirəsini hörmətlə yad edir, ruhu qarşısında ehtiramla baş əyirik.
Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.



































































