“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
“Eco Guides - gənclər arasında ekoturizmin inkişafına dəstək” layihəsi yekunlaşıb
Gənclərin davamlı ekoturizm təcrübələrini inkişaf etdirmək və ətraf mühitin mühafizəsi haqqında daha dərindən öyrənilməsinə dəstək məqsədilə təşkil edilən və 2 mərhələdən ibarət olan “Eco Guides” layihəsi uğurla yekunlaşıb.
İlk mərhələ olan təlimlər sessiyasında 2 gün ərzində 20 gənc ekoturizmlə bağlı təlimlərdə iştirak edərək nəzərə biliklər əldə edib.
Layihənin ikinci mərhələsində isə iştirakçı gənclər Azərbaycanın turistik bölgələrindən biri olan Qusar rayonunun Laza kəndində səfərdə olublar. Bələdçi tərəfindən iştirakçılara dağ kəndinin mədəniyyəti, ekosistem və həmçinin ekoturizm imkanları haqqında məlumat verilib. Tədbir iştirakçıları ekologiyanın qorunması və davamlı turizmin inkişafı mövzusunda müzakirələr aparıb.
Ekolayihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.
























































