“Nyus.Az” xəbər portalının kollektivi tanınmış jurnalist, AJB üzvü, “Respublica.az” saytının baş redaktoru Xeyransa Hüseynquliyevanı, nəvəsi Serat Çakır`ın dünyaya gəlişi münasibətilə təbrik edir, körpəyə və ailəsinə bol-bol səadət arzulayırlar.
Serhat balam, ömrün-günün mübarək
Tanrı səni sevdasından pay verib
Könlüm-gözüm bahar kimi güllənib
Ümidimə çiçəkləri boy verib
Türk oğlusan, adın bəlli dünyaya,
Elə böyü, şərəf gətir bu saya,
Zəfər günü könlümdəki saraya,
Yaradanım gəlişinlə toy verib.
Üşüyürdüm, arzularım yarıda,
Ərimirdi həsrətimin qarı da,
Zülmətimə qılınc çəkib, yarıda
Sənin adın qışıma da yay verib
Xeyransanın bağçasının barısan,
Bir çağlayan bulaq kimi durusan,
Sən könlümün əlçatmaz uğurusan,
Arzum mənə günə-aya tay verib
Xəbər Lenti
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54






















































