Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
General və polkovniklərin müsadirə olunan əmlakları - Siyahı
Xəbər verdiyimiz kimi, 143 milyonluq yeyintidə ittiham edilən yüksək rütbəli zabitlərin bəzilərinin məhkəməsi başa çatıb. Hökmə əsasən müttəhim zabitlərə 11 il 6 aya kimi həbs cəzası verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə zabitlərin üzərinə həbs qoyulmuş milyonlarla qiymətləndirilən əmlakları müsadirə edilib.
Bu əmlaklar təqsirləndirilən şəxslər general Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramovun özlərinə və yaxın qohumlarına məxsusdur.
Aşağıdakıların dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilmiş əmlaklara daxil olduğu məlum olub:
General Nizami Məmmədov: Bakı şəhərində ikisi eyni rayonda olmaqla üç mənzil, Badamdar qəsəbəsində torpaq sahəsi, Mərdəkan qəsəbəsində torpaq sahəsi, Biləsuvar rayonunda torpaq sahəsi.
Polkovnik Cəlal Kazımov: Xətai rayonu ərazisində yerləşən 4 mənzil, eyni rayonda qaraj, Şüvəlan qəsəbəsində yerləşən bağ; polkovnikin qohumuna məxsus torpaq sahəsi və bir evi üzərindən həbs götürülüb.
Polkovnik Bayram Bayramovun isə Gəncə şəhərindəki evi və Daşkəsən rayonunda torpaq sahəsi dövlət nəfinə alınıb.
Bu iş üzrə mühakimə edilən mayor Vüsal Əlizadə üzərinə həbs qoyulan əmlaklarının hamısını məhkəmə dövründə satıb dövlətə dəymiş ziyanın bir hissəsini ödəyib.
Qeyd edək ki, bu cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.
Dəymiş ziyanın 12 milyon 415 min 194 manatını Nizami Məmmədov, 186 min manatını Cəlal Kazımov, 325 min manatını isə Vüsal Əlizadə ödəyib.
Üç gün əvvəl general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Sail Ağasəlim





















































