Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs - 2 milyonluq əmlakı alındı
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Rafiq Abbasovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, polkovnik-leytenanta verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, R. Məlikzadə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib.
Fotoda: Rafiq Abbasov

Qeyd edək ki, Rəşad Məlikzadə “Salyanski Kazarma” kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib.
Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon manat pul mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.
Sail Ağasəlim






















































