Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
QİSA ÖMÜR YAŞASA DA...

O, ömrünün cəmi 33 baharını yaşadi. Yaşadığı bu qışa zaman anında xalqa və dövlətə layiqincə xidmət edərək, yadda qalan və mənalı bir ömür yaşadı. Bəli, doğma qardaş qədər xətrini istədiyim Füad Rəhimov haqqında bu gün nəsə demək mənim ücün çox çətindir...
Uşaqlığı qucağımda kecən həyatın ən xirda detallarına belə bələd olduğum xalam oğlu Fuad Rəhimovun həyatını qələmə almaq qəlbdəki yaranın qaysağını qopartmaq kimidir. Eh... onun keçdiyi həyat yolunu qələmə almaq ücün bəlkə də bir necə kitab da azlıq edər. Sağlığında qazandığı bütün uğurlara nəzər yetirəndə sanki möcüzə ilə rastlaşırıq. Böyük fitri istedada malik Fuadın hətta zamanı da qabaqladığını desəm, yanılmaram.
QİSA ARAYIŞ: Rəhimov Fuad Şahmirzə oğlu 4dekabr 1984 - cü ildə Bakı şəhərində anadan olub.
Burada 57 saylı tam orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 620 balla tMilli Aviasiya Akademiyasının hüquq fakültəsinə qəbul olunub. Akademiyanı bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olub. 2008 - ci ildən 2010- cu ilədək Bakı şəhərində yerlşən Amerika Hüquqşünaslar Asosasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərib. 2010- cu ildən Dövlət Neft Şirkətində hüquq məsləhətçisi, sonradan böyük hüquq məsləhətçisi olub. 2011 - ci ildən 2012 - ci iləd kimi Neft Şirkətin xətti ilə Sotlandiyanın Aberden Universitetində təhsil alaraq Beynəlxalq ticarət hüqüq ixtisasında magistr dərəcəsinə yiyələnib. 2014- ci ildən Dövlət Neft Şirkətində layihələrin hüquqi ekspertizası üzrə şöbə müdiri vəzifəsində çalışıb.
Fuad dərin düşüncəyə, geniş zəkaya malik bir insan idi. Çox səmimi və qayğıkeş idi. Həmişə özünü sadə aparardı.
Ondan nəsə soruşanda tələsmədən bütün xırdalıqlarına qədər izah edərdi. Həddindən artıq səbrli, təmkinli idi. Kəndə gələndə cox sadə tərzdə geyinərdi. Həlimliyi, xoş xasiyyəti ilə onu tanıyan hər kəsin dərin hörmət və ehtiramını qazanmışdı. Fuad ücün ancaq insani keyfiyyətlər önəmli idi. Ələlxüsus, əsl ziyalıya xas olan bütün insani dəyərlərə malik bir şəxs olmaqla yanaşı, həm də fədakar idi. Yaşasaydı bu gün 40 yaşını qeyd edəcəkdi. Əfsus ki, vaxtsız ölüm Fuadı çox erkən aramızdan qopardı. O, 17 iyun 2018-ci il tarixində bu dünyaya əlvida dedi. Ruhu şad, məkanı cənnət olsun.
Zahid Həbiboğlu,
AJB-nin üzvü























































