Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
“Sanki Türkiyə “Qalatasaray”ın əsiridir” - Acun
Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasında 14-cü turunda “Fənərbaxça” öz meydanında “Qaziantep”i 3:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmadan sonra hesabına 3 xal yazdıran “sarı-lacivərdlilər” lider “Qalatasaray”la fərqi 3-ə endirib.
“Qafqazinfo”nun “Ajansspor”a istinadən məlumatına görə, oyundan sonra klubun vitse-prezidenti, iş adamı Acun Ilıcalı açıqlamalar verib.
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çoxdandır belə gözəl, güclü səs eşitməmişdim. Onların inamını hiss etdik. Bu, bizi çox sevindirdi və futbolçularımız da bundan ilhamlandı. Ümid edirik ki, bu çətin mövsümdə yenidən qələbə qazanaraq yolumuza davam edəcəyik.
Rəqibimizin böyük reaksiyaları və üsyanları var. Bu məsələni anlamaqda çətinlik çəkirik. Xatırlayırsınızsa, bir “Qalatasaray” meneceri onlara qarşı hakim səhvlərinin edildiyini, hüquqlarının pozulduğunu demişdi. Dedik gəlin birlikdə araşdıraq, dedilər ki, tamam. Bundan sonra əcnəbi hakimi gətirdik və rəqibimiz yoxa çıxdı. Təəssüf ki, “Qalatasaray” idarəçiləri Türkiyədə başqa komanda olmadığını düşünürlər.
Dünən (red. – “Eyüpspor” – “Qalatasaray” matçı) gördüm ki, ortalıq dağılır. Baxırıq ki, bəli, “Qalatasaray”a qarşı səhvlər var, amma görürsən ki, “Qalatasaray” özü 25-ci dəqiqədə 10 nəfərlə qalmalı idi. Sanki Türkiyə “Qalatasaray”ın əsiridir və hər matçda bu klub qalib gəlməlidir. “Qalatasaray” xaosa səbəb olur”.






















































