Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində şəhid mayor Murad Məmmədova həsr edilmiş anım günü
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində şəhid mayor Murad Məmmədova həsr edilmiş Anım günü keçirildi. Tədbirdə Şəhidin atası Yaşar Məmmədov, anası Mürvət xanım, Şəhid anaları, müharibə əlilləri, müharibə iştirakçıları, Millət vəkili Qaya Məmmədov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, şair-publisist İmran Güllübulaqlı, AVMVİB-nin beynəlxalq əlaqələr üzrə müavini e.o. polkovnik Elmar Hüseynov , AVMVİB-nin Suraxanı şöbəsinin sədri Eldar Rüstəmov, Dövlət Sərhəd Xidmətinin zabit heyyəti, Şəhid ailələrinin 7ctimai Birliyinin sədri Nəsibə Əliyeva, Suraxanı rayonu İcra Hakimiyyətinin şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları ilə iş şöbəsinin rəisi e.o. polkovnik- leytenant Elmar Hüseynov, 278 saylı tam orta məktəbin direktoru Sevinc Hüseynova, Suraxanı rayonu ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etdilər. Tədbirdə şəhid mayor Murad Məmmədova həsr edilmiş sənədli film nümayiş etdirildi. Çıxış edənlər şəhid mayor Murad Məmmədov haqqında xatirələri ilə bölüşdülər. Tədbir 278 saylı məktəbin şagirdlərinin ifasında geniş və maraqlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

































































