GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlik Vətən müharibəsində həlak olan şəhid baş leytenant Muxtar Qasımlının ad günü münasibəti ilə Anım tədbiri keşirildi. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, gənclər , məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər, ruhuna dualar oxundu. Anım günü şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmklə və dövlət himninin ifası ilə başlandı. Əvvəlcə şəhid Muxtar Qasımlıya həsr edilmiş maraqlı video film təqdim olundu.Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əzizi Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədr müavini, əməkdar incəsəmət xadimi Ağalar Bayramov, AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov çıxış etdilər. Şəhid Muxtar Qasımlının atası Əli Qasımlı və anası Almaz xanım tədbir iştirakşılarına öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirdə gənc idmançılara Fəxri fərmanlar təqdim edildi. Anım günündə məktəblilərin şəhid Muxtar Qasımlıya həsr edilmiş musiqili-bədii çıxışları alqışlarla qarşılandı. Əməkdər artist, müğənni İlkin Əhmədovun canlı ifa etdiyi “Xudayar təsnifi” və “Çırpınırdı Qara dəniz” mahnıları tədbir iştirakçılarının sürəkli alqışlarına səbəb oldu. Tədbirin sonunda qonaqlar şəhid Muxtar Qasımlının valideynləri, şəhid ailələri, qazilər və veteranlarla xatirə şəkilləri çəkdirdilər.
Fərid Faiqoğlu (Səfərov)
“Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü




































































