Xəbər Lenti
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
COP29 Azərbaycana nə verdi? (ŞƏRH)
"COP29 iqtisadi baxımdan Azərbaycan üçün vacib tədbirlərdə biri idi. Əvvəla COP29-un keçirildiyi müddətdə Azərbaycana gələnlər həm turizm, həm də xidmət sektoruna praktik olaraq töhvə verdilər. Yalnız xidmət sektoru deyil, eyni zamanda digər yan sektorlar-nəqliyyat, bank sektoruna praktik olaraq Azərbaycana gələnlərin sayının məhz bu dövrdə kəskin artmasından faydalana bildilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat hesab edir ki, burada daha çox strateji, iqtisadi dividentlər var:
"Çünki COP29 Azərbaycanın potensialını və gücünü bir daha təqdim etdi. Bu Azərbaycan üçün həm də strateji olaraq sərmayənin cəlb edilməsi, həm də xüsusən iri layihələrin reallaşması baxımından çox vacibdir. COP29 çərçivəsində Avropa Yenidənqurma İnkişaf Bankının dəstəyi ilə həyata keçiriləcək alternativ mənbələrdən enerji istehsalı ilə bağlı hərracın da nəticələri elan olundu".

Vüqar Bayramov qeyd edib ki, fərqli ölkələrlə əməkdaşlıqla bağlı xeyli müzakirələr aparılıb:
"Konkret layihələrin müzakirəsi həyata keçirildi. Bunlar təbii ki, Azərbaycan iqtisadiyyatı üçün orta və uzun müddətli dövrdə sərmayənin cəlb edilməsinə imkan verəcək. Azərbaycan eyni zamanda yaşıl enerji potensialını təqdim etdi. Nəzərə alaq ki, Azərbaycan öz yaşıl enerjisini 2026-ci ildən sonra Avropa bazarına çıxartmaq niyyətindədir".
Deputat bildirib ki, alternativ mənbələrə yeni sərmayələrin cəlb edilməsi, texnologiyanın cəlbi və təbii ki, bu istiqamətdə aparıcı ölkələrlə əməkdaşlığın gücləndirilməsi baxımından COP29-un xüsisi töhvələri oldu.
Bahar Rüstəmli






















































