Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
COP 29-da Qadın Həmrəyliyi

İqlim dəyişiklikləri müasir dünyamızın ən böyük problemlərindən biridir. Buzlaqların əriməsi, quraqlıq, meşə yanğınları, ozon qatının deşilməsı, fəsillərin yer dəyişməsi, meyvələrin vaxtsız yetişməsi, yoluxucu xəstəliklərin artması kimi təbii fəlakət və hadisələrin həm ekosistemlərə , həm də insan həyatına böyük zərər verdiyinin şahidi oluruq. Bu qlobal böhranın həlli üçün beynəlxalq səylərin artırılması üzrə 2024-cü il noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 -cu Sessiyası ( UNFCCC) dünyanın ekoloji problemlərinin həlli yolunda bir araya gəldiyi önəmli bir platformadır. Azərbaycan bu tədbirlə qlobal iqlim hərəkatında aktiv iştirakını, ölkəmizin ekoloji siyasətdəki Liderliyini təsdiqlədi.
Bakı COP 29 , yalnız indiki nəslin deyil, həm də gələcək nəsillərin rifahını təmin etmək üçün qlobal əməkdaşlıq zərurətini bir daha önə çəkdi. Bakı , belə bir möhtəşəm tədbirə ev sahibliyi etməklə , ölkələr arasında körpü rolunu oynayaraq,qlobal həmrəyliyin simvoluna çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı vurğuladığı "Qarabağda yaradılan "Yaşıl Enerji Zonası " layihəsi kimi təşəbbüslər, Azərbaycanın qlobal iqlim təşəbbüslərinə verdiyi töhfənin bariz nümunəsidir ".
COP 29 Bakı ,təkcə müzakirələr platforması deyil, həm də konkret addımların planlaşdırıldığı və qlobal həmrəyliyin gücləndirildiyi bir tədbir oldu. Bakıdan verilən mesaj sadə və təsirli idi : "Əl-ələ verərək dünyamızı və gələcəyimizi qoruya bilərik ".
Bir əsrdən çox tarixi ,10 minlərlə üzvü olan "Azərbaycan Qadınları Respublika Cəmiyyəti " İ.B. və Vətəndaş Cəmiyyətinin qadın təşkilatlarının liderləri , nümayəndələri ölkə başçısının çağırışlarını dəstəkləyərək, ekoloji problemlərin həllində - "Ekoloji Terrora "Yox " Deyək" , "Ağacəkmə Aksiyası" "Sağlam Gələcək ", "Ekoloji Monitorinq və Maarifləndirmə" tədbirlərində , kənd təsərrüfatında, ekoloji təmiz məhsulların yetişdirilməsində, yaşıl iqtisadiyyatın təbliğində və digər layihələrin icrasında cəmiyyətin sosial-ekoloji həyatında həmrəylik nümayiş etdirdilər.
Aygün xanım Əliyevanın rəhbərliyi ilə Təşkilatın qadınları Vəfa Abbasova , Gülbahar Məmmədova, Dilarə Nağıyeva , Ətrabə Gül, Yeganə Mahmudova, Gülnarə Əmirquliyeva, İradə Hacıyeva, Məlahət Qəhrəmanova, Şəfiqə Nağıyeva , Natəvan Arif qızı , Salatın Quattroocchi, QHT sədrləri Qəmzə Yusubova, Zenfira Ağayeva , Nailə İsmayılova, Samirə Mustafayeva , Dünya Əliyeva , Fatma Hacıbəyli, Gülayə Səfərova , Fatma Allahyarova və minlərlə Azərbaycan qadını Bakı COP 29 -da dövlət başçısının səsinə səs verərək , təbiəti qorumaq üçün birgə fəaliyyət göstərməyə hazır olduqlarını göstərdilər.
Onu da qeyd edim ki, Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə təkcə diplomatik çərçivə ilə məhdudlaşmır. Ölkəmizdə ekoloji mədəniyyət uşaqlıqdan formalaşır. Təhsil proqramlarında ekoloji mövzulara geniş yer ayrılmışdır ki, uşaqlar erkən yaşlarından təbiəti qorumaq ruhunda tərbiyə edilirlər. Ekoloji maarifləndirmə , uşaqlarda həm də təbiətə qarşı davranış qaydalarını formalaşdırır.
Azərbaycan davamlı inkişaf yolunda inamlı addımlarla irəlilədiyini bir daha təsdiq etdi.
Ölkə başçısı cənab İlham Əliyevə, onun siyasi və əqidə silahdaşı Xanım Mehriban Əliyevaya təşəkkürlərimizi bildirir, COP 29 -un yüksək səviyyədə keçirilməsində zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk.
"AQRC"İ.B. sədri
Bahar Qasımova
0























































