Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Nəsib Əsədov işinin peşəkarı, dövlətə sadiq insandır.
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 106 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Artıq 24 ildir ki, ədliyyə və məhkəmə orqanlarının peşə bayramları böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir.
Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Ümumilli lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə dövlətmizlə bərabər müasir inkişaf yolu keçərək təkmilləşir.
Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. Böyük Vətən Müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı şanlı qələbə ilə möhtəşəm şəkildə qeyd edirik.
10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını ədliyə işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırlar. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ali Baş Komandan başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi.
Möhtərəm Prezidentimizin yüksək diqqətində olduğu daim hiss edilən Azərbaycan ədliyyəsi günbəgün müasirləşir. Nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür.
Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı. Möhtərəm Prezidentimizin noyabrın 10- da xalqa müraciətində dediyi sözlər – “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” hər bir ədliyyə işçisinə peşə bayramında ən qiymətli hədiyyədir. Peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri olaraq ölkəmizin inkişafına uyğun olaraq öz vəzifəmizi hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindəyik. Dövlətimizin başçısının ədliyyə sisteminə göstərdiyi yüksək etimad və qayğının növbəti əyani təzahürü olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli sərəncamları ilə bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə və ali xüsusi rütbələrə layiq görülməsi hər birimizdə minnətdarlıq hissi ilə qarşılanaraq üzərimizə əlavə məsuliyyət qoyur. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir, bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırlar.Ədliyyə işçiləri Vətən müharibəsinin ilk günündən dövlətimizlə, ordumuzla həmrəylik nümayiş etdirmiş, könüllü olaraq cəbhəyə yollanaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşlar. Eyni zamanda informasiya savaşında mübarizə apararaq Azərbaycanın ədalətli mübarizəsinin, haqq işinin təbliğ olunmasında, xüsusilə mənfur düşmən Ermənistanın işğalçılıq siyasətinin, müharibə cinayətlərinin ifşa olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında yaxından iştirak edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər. Xalqımızın qalibiyyət rəmzi - Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad olunması hər birimiz üçün böyük qürurdur. Təsadüfi deyil ki, dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilmişdir. Bu bayram 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününü xüsusilə əlamətdar etməklə Azərbaycan ədliyyəsində böyük qələbəmizin sevinci ilə qeyd edilir.
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Bu zəfər salnaməsinin təməlində dövlət başçısının güclü iradəsi, müstəqil siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, eyni zamanda azərbaycan xalqının birliyi dayanır. Respublika Prezidenti tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə və məhkəmə işçiləri çoxsaylı medallara layiq görülmüş, döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş nazirliyin əməkdaşı Ruhin Xəlilov 4 medalla təltif olunmuşdur. Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunmuş, həmçinin nazirlik və Penitensiar xidmət tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılmışdır. Bir əsrdən artıq tarixi olan və dövlətin hüquq siyasətinin həyata keçirməsini özünün şərəfli peşəsi hesab edən Azərbaycan ədliyyəsi 44 günlük Vətən müharibəsində haqqın, ədalətin zəfər çalmasına, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpasına və beynəlxalq hüququn təntənəsinə şahidlik etmişdir. Bu il də ədliyyə işçiləri olaraq 22 noyabr peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edirik. Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəyimizə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifəmizin öhdəsindən layiqincə gələ biləcəyimizə əminik. Ədliyyə işçisi olaraq indi öz peşə bayramımızı daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir. Respublikamızda digər sahələrdə olduğu kimi, son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, qabaqcıl elektron xidmətlərin və innovasiyaların geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər də qürurvericidir. Vətəndaşların, xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılaraq 19 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. nazirliyin innovativ məhsulu olan “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət platformasının vətəndaşlara eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsində əhəmiyyəti qeyd olunub. Bildirilib ki, ölkədə ilk dəfə dövlət xidmətləri sahəsində bu platformada süni intellektin tətbiqi insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur və istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir. “ƏNTEZ” Xidmətdə həmçinin, vətəndaşın şəxsiyyəti “Üz tanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur. Artıq bu platforma “ASAN xidmət” və DOST mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilir. Yeni xidmətin ölkəmizin bölgələrində yaşayan, o cümlədən azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratmışdır. Bu gün ədliyyənin müasirləşdirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərmanlar, sərəncamlar və dövlət proqramları yüksək səviyyədə icra olunmaqdadır. Fəxrlə söyləyə bilərik ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Ümumiyyətlə, son 4 ildə Ədliyyə Nazirliyində peşə bayramının qeyd olunması ədliyyə işçiləri tərəfindən geniş miqyaslı olmaqla bərabər, xüsusi maraq və böyük ruh yüksəkliyi ilə qeyd edilir. Bunun əsas səbəbi Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük Vətən müharibəsindən sonra peşə bayramını qalib xalq olaraq qeyd etməyimizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməssi ilə bağlı tarixi zəfərimiz ədliyyə işçisi olaraq hər birimizdə yüksək qürur hissi yaşatdı. Qazanılan bu qələbədə ədliyyə işçilərinin də zəhmət payı var. Ədliyyə naziri Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinin davamı kimi qiymətləndirilir. Həmin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə faktlara istinadən ətraflı məlumat verilmişdir.Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Artıq 4-cü ildir ki, ədliyyə işçiləri peşə bayramını şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərlə bərabər qeyd edirlər. Şanlı Zəfərlə Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə ədliyyə sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır, milli qürur mənbəyimiz olan ürəngli bayrağımız azad edilmiş bütün torpaqarımızda-Şuşada, Xankəndidə vüqarla dalğalanır. Bu da ədliyyə işisi olaraq hər birimizi çox sevindirir. Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! Həm 8 noyabr zəfər bayramı, həm də 22 noyabr bütün ədliyyə işçilərini xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram! Bir ədliyyə işçisi kimi bu qələbə bizi də çox sevindirdi, fəxarət hissi keçirdik. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirdi. Hər birimiz Ulu öndər Heydər Əliyevin dövlətçilik amallarına daim sadiq qalaraq, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi sıx birləşib Vətənimizin qüdrətlənməsi naminə var qüvvəmizlə çalışmaq əzmindəyik.
Xalqımıza yaşatdığı qürurlu və sevincli günlərə görə, cənab Prezidentimizə, Ali Baş Komandanımıza çox sağ olun deyirəm.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi