Quba Yol Təmir və İstismar İdarəsinin rəisi İlham Cəbrayılovun 65 illik yubileyi münasibətilə təbrik
“Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları”: “Qayğı və Himayə” Xeyriyyə Fondunun layihəsi
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
Şəhid Ruslan Hümbətova həsr edilmiş tədbir Gəncə şəhərində keçirildi.
Xezertv.info xəbər verir ki, 16 noyabr 2024-cü il tarixində Gəncə şəhəri, Sadılı qəsəbəsi, 17 saylı tam orta məktəbdə məktəbin məzunu 44 günlük Vətən müharibəsi şəhidi Ruslan Hümbətovun xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist İmran Güllübulaqlı dəvət olunmuşdur. Tədbirdə şəhid valideynləri, AVMVİB-nin Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov, Göy-göl rayon şöbəsinin sədri Həbib Hüseynov, müharibə veteranları, qazilər, Qərbi Azərbaycan İcması Gəncə şəhəri üzrə sədri Mübariz Yusifov, sədr müavini, elmlər namizədi Arifə xanım, şəhər icra hakimiyyətinin nümayəndəri və digər qonaqlar iştirak etmişlər. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edimiş, Dövlət Himni səsləndirilimidir. Məktəbin şagirdləri İmran Güllübulaqlının Vətən mövzulu şeirlərini oxudular.Tədbirdə AVMVİB-nin sədr müavini, ”Azərbaycan bayrağı”ordenli, müharibə veteranı, polkovnik Elmar Hüseynov çıxış edərək şairin
yaradıcığı haqqında məlumat verdi və şəhid Ruslan Hümbətov haqqında ürək sözlərini bildirdi. Tədbirdə AYB-nin üzvü, şair Şəmsi Qoca, Türk Dövlətləri Təşkilatının Turan Birliyinin regional sədri Nizami Allahverdiyev, Xüsusi Təyinatlılaların qaziləri, şəhid ailələri və veteranları Birliyinin Göranboy rayon şöbəsinin sədri Ruslan Hümbətovun döyüş yoldaşı, silahdaşı Vətən müharibəsi qazisi Valeh Hüseynov, Qərbi Azərbaycan İcması Gəncə şəhəri üzrə sədri Mübariz Yusifov, sədr müavini, elmlər namizədi Arifə xanım çıxış etdilər. Daha sonra İmran Güllübulaqlıya söz verilmişdir. Şair tədbirə dəvət edildiyi üçün şəhid atası Səlim Hümbətova, məktəbin rəhbərliyinə və şəxsən direktor Esmira Həsənovaya təşəkkür etmişdir. İmran müəllim şəhid Ruslan Hümbətova həsr etdiyi şeirini oxumuş, tədbir iştirakçılarının suallarını cavablandırmışdır. Sonra müəllifi olduğu”Amasiya igidləri 44 günlük Vətən müharibəsində” adlı kitabını şəhidin ailəsinə, tədbirdə iştirak edən şəhid ailələlərinə, qazilərə, veteranlara, tədbir iştirakçılarına hədiyyə etmişdir. Qeyd edək ki, kitabda şəhid Ruslan Hümbətov haqqında da məlumat verilmişdir. Buna görə İmran Güllübulaqlı Türk Dövlətləri Turan regional Birliyinin və Xüsusi Təyinatlıların Veteranları Birliyinin Fəxri Fərmanları ilə təltif edilmişdir.Tədbirin sonunda şəhid atası Səlim Hümbətov çıxış edərək İmran Güllübulaqlıya, tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Fərid Faiqoğlu
AJB-nin üzvü






























































