Xəbər Lenti
Bugün, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“Iconic Tower” – Azərbaycanın ən hündür və unikal binası
Azərbaycanın memarlıq tarixində daha bir sensasiya sayılacaq layihəyə imza atılır.
Qaynarinfo xəbər verir ki, dünyaca məşhur memar Şon Killa (Shaun Killa) "Sea Breeze Resort” üçün möhtəşəm bir layihə – "Iconic Tower” üzərində çalışır. Bu layihə Azərbaycanın ən unikal və hündür tikilisi olacaq. "Sea Breeze" kompleksinin sahibi, iş adamı Emin Ağalarovun verdiyi məlumata görə, "Iconic Tower”in hündürlüyü 300 metrə çatacaq. Layihədə innovativ dizayn, dayanıqlılıq və müasir texnologiyaların tətbiqi əsas yerləri tutur. Bu, həm texniki, həm də estetik baxımdan müasir memarlıq incisi olacaq.
"Iconic Tower” layihəsi Azərbaycanın memarlıq sahəsində müasir dövrdəki ən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Layihənin əsas məqsədi memarlıq standartlarını yüksəltmək, turistləri və xarici sərmayəçiləri cəlb etməkdir. Gözləntilərə görə, bu bina regionun əsas memarlıq simvollarından birinə çevriləcək.
Tikinti işlərinə yaxın zamanda başlanacağı gözlənilir.

Layihəni hazırlayan Şon Killa, dünyada məşhur olan və bir çox mükafatlar qazanan memardır. Onun ən tanınmış əsərlərindən biri Dubaydakı "Gələcəyin Muzeyi”dir. Memar, "Iconic Tower”in də funksionallığı və estetik görünüşü ilə unikal bir nümunə olacağını bildirib: "Mən səbirsizliklə bu eleqant qüllə layihəsinin Bakıda həyata keçməsini gözləyirəm. Bu, "Sea Breeze"i dünyada tamimilə yeni bir səviyyəyə qaldıracaq"
Layihə "Sea Breeze Resort”un genişlənmə planının bir hissəsidir. Kurort kompleksinin rəhbəri Emin Ağalarovun təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın turizm sektorunun inkişafında mühüm addımdır. "Iconic Tower” təkcə "Sea Breeze"in deyil, həm də Azərbaycanın qlobal səviyyədə tanınmasına töhfə verəcək.
Layihənin detallarının yaxın aylarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Aydın























































