Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
“Maşınları cızırdılar, əzirdilər...” - “Manatlıq”lardan şikayətləndilər
“Əhmədli” metrostansiyasının qarşısında “manatlıq” kimi adlandırılan taksilər avtobus sürücüləri və sərnişinlər üçün problem yaradır.
“Qafqazinfo” xəbər verir ki, sözügedən taksilər dayanacağa daxil olaraq sərnişin düşürüb-mindirirlər.
Avtobus sürücüləri bildirirlər ki, xüsusilə sübh tezdən və günün pik saatlarında burada taksi sürücülərinin əlindən avtobus dayanacağına girmək çətin olur.
Sürücülərin sözlərinə görə, bəzən burda cərimələr yazılır deyə, taksilər saxlamır, amma bir müddət sonra yenə də eyni vəziyyət davam edir. Həmçinin sərnişinlər də belə halın onlara narahtlıq yaratdığını deyirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol polisi İdarəsindən bildirilib ki, inzibati xətalar məcəlləsinin 346.8-ci maddəsinə əssasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin zolağında dayanmağa və durmağa görə 2 bal və 100 manat məbləğində cərimə tətbiq olunur.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:























































