“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
Darçın sağlamlıq üçün də çox faydalıdır. Bir çox xəstəlik üçün xeyirli olan bu qida mütləq istehlak edilməlidir.
“Qafqazinfo” xəbər verir ki, darçın antioksidant tərkibi yüksək olan ədviyyatlardan biridir.
Darçın dünyada erkən ölümün ən çox görülən səbəblərindən biri olan ürək xəstəliyi riskini azaltmağa kömək edir.
Darçının orqanizmə faydalı təsirlərindən biri iltihabı azaltmasıdır. Bronxitin müalicəsində və xroniki öskürəyin aradan qaldırılmasında da təsirlidir.

Darçın immunitet sistemini gücləndirir və orqanizmin xəstəliklərlə daha güclü mübarizə aparmasına kömək edir. İnfeksiyalar səbəbiylə bədəndə meydana gələ biləcək mənfi təsirlərin qarşısının alınmasında da çox faydalıdır.
Həmçinin bu ədviyyat xərçəngə qarşı profilaktik xüsusiyyətlərə malikdir. Darçın xərçəng hüceyrələrinin böyüməsini və damarlarda şişlərin əmələ gəlməsini azaldır.
Yaxşı antioksidan mənbəyidir, sərbəst radikalların hüceyrələrə vurduğu zərəri azaldır və qocalma sürətini ləngidir.

Qan şəkərini tarazlaşdırmaqda çox təsirlidir. Ona görə də darçından profilaktik məqsədlər üçün, həmçinin şəkər xəstəliyinin müalicəsində də istifadə olunur.
Arıqlamaq və ya formasını qorumaq istəyənlər təhlükəsiz şəkildə istehlak edə bilərlər. Darçın aclıq hissinin qarşısını alır. Həzm sisteminin tənzimlənməsinə kömək edir, qəbizlik və şişkinlik problemlərinin qarşısını alır.

Araşdırmalarda darçının analarda süd istehsalını artırmağa kömək etdiyi bildirilir.
Antibakterial xüsusiyyəti ilə diş çürüməsini ləngidən qida maddəsi diş əti və dişlərdə əmələ gələn bakteriyaları təmizləyir. Xüsusilə ağız yuyucusu kimi istifadə edildikdə diş və ağız sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Bundan əlavə, darçın artıq duz və mayeni orqanizmdən çıxarır, öd və qaraciyəri təmizləyir. Eləcə də əzələ ağrılarının müalicəsində istifadə olunur.
Darçına yeməklərdə və desertlərdə dadlandırıcı olaraq üstünlük verilir. Ancaq faydalı təsirlərdən ən sağlam şəkildə faydalanmaq üçün 1 stəkan qaynar suya darçın çubuğu əlavə edilərək 2-3 dəqiqə dəmləyin. Dəmlədikdən sonra içə bilərsiniz. Gündə bir fincan istehlakı məsləhətdir.

Beləliklə darçın:
1. Antioksidant təsiri ilə immuniteti gücləndirir.
2. İnfeksiyalarla mübarizə aparır.
3. Diabetlə mübarizəni dəstəkləyir.
4. Süd verən analarda süd tədarükünü artırır.
5. Arıqlamağı asanlaşdırır.
6. Ağız və diş sağlamlığına faydalıdır.
7. Bağırsaqlarda və mədədə şişkinlik, qaz kimi problemlərə qarşı istifadə edilə bilər.
8. Dəri üçün faydalıdır.
9. Xərçəngin qarşısını alır.























































