Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Planetar düşüncəli lider…
21 il əvvəl - 2003-cü il oktyabrın 31-də ilk dəfə Azərbaycanın Prezidenti postuna seçilən İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycanın qarşısında duran bütün vəzifələri yerinə yetirmək, o vaxt taleyüklü problemimiz olan Qarabağı erməni tapdağından azad etmək üçün çalışacaq.
İlham Əliyev fəaliyyətinin ilk günündən bütün gücünü bir nömrəli müqəddəs missiyası olan torpaqlarımızın azad edilməsinə yönəltdi, ölkəmizi gücləndirdi, peşəkar ordu yaratdı və tarixi zəfərlə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Xankəndi zəfəri ilə isə suverenliyimiz və konstitusiya quruluşumuz tamamilə bərpa olundu.
O, ata vəsiyyətini yerinə yetirərək qəhrəman oğul kimi adını tarixə əbədi həkk etdirdi.
Siyasi lider öz tarixi missiyasını 4 ildir ki, azad edilmiş ərazilərdə quruculuq meydanında davam etdirir. Qarabağ və Şərqi-Zəngəzuru abad və firavan məkana çevirməkdədir. Artıq 2000-dən çox ailə öz doğma evinə qayıdıb. Bölgədə həyat qaynayır...
İlham Əliyev ali dövlət kürsüsündə müstəqil Azərbaycanı son 21 il ərzində yüksək intellekti, əzmi və cəsarəti, güclü siyasi qətiyyəti və iradəsi, böyük uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və məharəti sayəsində ən qüdrətli dövlətə çevirib. Beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün dünya ölkələri onun yaratdığı reallıqlarla barışmağa məcburdur.
Cənab Prezident Qarabağı geri qaytardığı kimi, Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş soydaşlarımızın da tarixi yurdlarına geri dönüşü üçün yorulmadan çalışır.
İnanırıq ki, İlham Əliyev biz - Qərbi Azərbaycanlıların da torpaq həsrətinə son qoyacaq. O buna qadirdir, bütün vədlərini yerinə yetirən, öz imzasını təsdiq edən dahi liderdir!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor






















































