Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
“Qızıl top” buna görə Vinisiusa verilməyib
“France Football” nəşrinin baş redaktoru Vensan Qarsiya “Qızıl top” mükafatının “Real Madrid”in cinah hücumçusu Vinisius Juniora deyil, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilməsinin səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb “Real”ın Vinisiusla birlikdə daha dörd üzvünün namizədlər arasında yer almasıdır.
“Görünən odur ki, Vinisius Dani Karvaxal və Cud Bellingemin də olduğu “Real”lılardan ibarət siyahıda çətinlik çəkib. Bu fakt riyazi olaraq Vinisiusun bir neçə xal itirməsinə yol açıb. Jürinin “Real”lılar arasında seçim etməsi Rodriyə üstünlük qazandırıb”.
Xatırladaq ki, Vinisius bu ilki nüfuzlu “Qızıl top” mükafatına əsas namizəd olsa da, “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qalib seçilib. Vinisius ikinci, “Real”ın digər futbolçusu Cud Bellinqem isə üçüncü yeri tutub.























































