Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Şimali Koreya əsgəri Ukrayna cəbhəsində: Bu, savaşın gedişinə necə təsir edəcək?
"Şimali Koreya ordusunun Rusiya tərəfindən Ukraynaya qarşı müharibəyə cəlb olunması savaşın gedişatına təsir göstərməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Koreya qoşunlarının Ukrayna müharibəsinə cəlb edilməsi fonunda ABŞ-ın hansı addımlar ata biləcəyi məsələsini şərh edərkən deyib.
"Əslində, Rusiya ordusu ilə yanaşı Ukrayna ordusu da Şimali Koreya qoşunlarından daha güclü və döyüş hazırlığı daha yüksək olan hərbi qüvvələrdir. Şimali Koreya ordusunun Rusiya tərəfindən müharibəyə cəlb olunması sadəcə olaraq, növbəti mərhələdə Pxenyanın özünün hərbi obyektlərinin də hədəfə gəlməsi üçün hüquqi əsaslar yaradır. ABŞ-ın belə bir faktın təsdiq olunması fonunda belə Ukrayna müharibəsinə birbaşa müdaxilə edəcəyi də inandırıcı deyil", deyə Taleh Əliyev bildirib.
Bu mənada həmsöhbətimizə görə, ABŞ senatorlarının açıqlamasını sadəcə Ukraynaya dəstək və Rusiya ilə Şimali Koreyaya qarşı psixoloji savaş elementi kimi qiymətləndirmək daha düzgün olar:
"Qərb Ukraynaya kifayət qədər hərbi, siyasi, maliyyə və kəşfiyyat məlumatları daxil geniş çeşidli dəstəyi verir. Ona görə də sözügedən faktın təsdiq olunması fonunda belə ABŞ-ın daha geniş, birbaşa hərbi müdaxiləsini gözləmək olmaz. Çünki bu halda Rusiyanın nüvə silahından istifadəsi daha real ola bilər ki, bu da Qərbin strateji maraqlarına uyğun deyil. Qərbin əsas məqsədi Rusiyanı uzun müddətli müharibəyə cəlb etməklə, onu hərtərəfli müstəvidə çökdürməkdən ibarətdir. Bu Qərbin prosesdə əsas strateji yanaşmasıdır".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə birbaşa iştirak edəcəyi təqdirdə, ABŞ-ın "birbaşa hərbi əməliyyatlar"ı nəzərdən keçirməli olacağını deyib.
"Bayden-Harris Administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişədə iştirakının ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir. Əgər Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisini işğal edərsə, Birləşmiş Ştatlar Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar variantını ciddi şəkildə nəzərdən keçirməlidir", deyə Törner bildirib.
Rüfət Sultan





















































