Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Mbappe zorlamada şübhəli bilinir - Araşdırma başladı
Fransa millisinin və “Real Madrid”in ulduz futbolçusu Kilian Mbappe İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Aftonbladet” yayıb.
İddialara görə, hadisə İsveç - Fransa oyunundan əvvəl, Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib.
“Expressen” nəşrinin yaydığı məlumata deyilir ki, iddia edilən insident oktyabrın 10-da baş verib. Cinayətin törədilməsi ilə bağlı polisə şikayət ərizəsi isə 2 gün sonra daxil olub.
“Stokholmda iddia edilən zorlama ilə bağlı mediada yayılan xəbərlərə cavab olaraq, cinayət işi qaldırıldığını təsdiq edə bilərik”, - İsveç prokurorları bəyanatda bildiriblər.
Prokurorluq şübhəlilərin adlarını açıqlamaqdan imtina edib.
Kilian isə yayılan xəbərin saxta olduğunu bildirib. Forvard məsələdə keçmiş klubu PSJ-nin bu işdə əli olduğuna işarə vurub. O, bu xəbəri PSJ-nin Mbappeyə borc kimi 55 milyon avro ödəmək qərarından verdiyi apellyasiya şikayətinə baxılması ilə əlaqələndirib.
Qeyd edək ki, Fransa millisinin üzvü səhhəti ilə əlaqədar Millətlər Liqasının oyunlarında iştirakdan azad edilib. Oktyabrın 10-da, Fransa yığması Millətlər Liqasında İsraillə oyun keçirəndə (4:1) futbolçu Stokholmda olub.























































