Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Meydandan qovulan Mahir - “Tənqidə açığam”
Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında Azərbaycan millisi Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulub və millimizi azlıqda qoyub.
Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb:
“Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən sevgisini, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, Milli komandanın üzvüyəm. Bəzən, içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur və nəticə kartla sonlanır.
Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçınılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də, bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur! Bu məni qorxutmur əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir!
Ümid edirəm gələcək oyunlarımda qollarım ilə sizləri sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir”.























































