Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 12:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 11:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 11:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

Əsl dəniz havasıdır!
25-07-2026, 11:51

Əsl dəniz havasıdır!

02 Oktyabr 2024 06:43Manşet / Dünya

Rusiyadan İrandakı vətəndaşlarına - Çağırış

 

Rusiyanın İrandakı səfirliyi soydaşlarını təşvişə düşməməyə çağırıb.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi məlumat yayıb.

“Ölkədə vəziyyət sakitlik və soyuqqanlılıq tələb edir. İran hava limanlarında fəaliyyətin bərpası ilə bağlı rəsmi qurumlardan rəsmi bildirişlər gözləyirik. Küçələrdə foto və video çəkməkdən çəkinməyinizi və bədxahların sosial şəbəkələrdə yaymağa çalışdıqları çaxnaşmaya düşməməyinizi xahiş edirik”, - diplomatik missiyanın bəyanatında deyilir.

Həmçinin qeyd edilib ki, İrandakı səfirlik və bütün xarici qurumlar adi rejimdə işləyir.

Xatırladaq ki, ötən gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail tərəfi isə hücuma sərt cavab veriləcəyini vəd edib.