Xəbər Lenti
Bugün, 08:30
Quba Yol Təmir və İstismar İdarəsinin rəisi İlham Cəbrayılovun 65 illik yubileyi münasibətilə təbrik
Dünən, 20:59
“Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları”: “Qayğı və Himayə” Xeyriyyə Fondunun layihəsi
Dünən, 16:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 18:47
Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
5-05-2026, 17:09
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
5-05-2026, 10:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 08:05
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
4-05-2026, 21:08
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
Rusiya Kalininqrad bəhanəsi ilə Baltikyanı ölkələrə hücum edə bilərmi? (ŞƏRH)
"Bu açıqlama sadəcə diplomatik həmlədir və blef yaratmağa hesablanmış addımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putinin Kalininqrad vilayətilə bağlı qonşu ölkələrin təhdidinə yönəlik fikirlərini şərh edərkən deyib.
Üzeyir Şəfiyevin sözlərinə görə, Ukrayna müharibəsi başlayan zaman Baltik ölkələri və Polşa Rusiyaya pressinq tətbiq edir və bildirirlər ki, Moskvanın Kalininqradla əlaqəsini kəsə bilərlər:
"Putin isə "yol verməsəniz, Rusiya özü ala bilər" kimi diplomatik həmlə etdi. Nəticədə Baltikyanı ölkələr yaratmaq istədikləri baryeri aradan götürdü. Putinin bu istiqamətdə növbəti diplomatik həmləsi isə Qərbin siyasi kuluarlarında Kalininqradın yenidən əvvəlki sahibinə qaytarılması müzakirələri fonunda gündəm kəsb edir. Rusiya Kalininqradda güclü silahlı qüvvələr yerləşdirib. Bu da qonşu ölkələri, bütövlükdə Qərbi narahat edir".

Lakin gərginliyin pik həddə çatmasına baxmayaraq, həmsöhbətimiz Putinin Baltikyanı ölkələri və Polşaya həmlə edəcəyini düşünmür:
"Çünki Rusiya kifayət qədər gücdən düşüb. Çin, İran, Şimali Koreyadan hər nə qədər hərbi dəstək alsa da, sanksiyalar, müharibənin uzanması Rusiyanı demək olar ki, əhəmiyyətli dərəcədə taqətdən salıb. Əvvəllər Rusiya nüvə silahı ilə təhdid etsə də, indi onlar da bunun riskli addım olacağının fərqindədirlər. Bu da o deməkdir ki, Rusiyanın özü də nüvə təhdidindən qorxur".
Ekspertə görə, Putinin həmin açıqlaması sadəcə olaraq, soyuq müharibə xarakteri daşıyan diplomatik həmlələrdir:
"Blef yatatmağa hesablanmış addımdır. Rusiyanın indiki durumu Şərqi Avropaya, Baltik ölkələrinə həmlə etməyə imkan vermir. NATO heç bir vəchlə buna imkan verməyəcək".
Qeyd edək ki, İSW-nin analitik mərkəzinin son təhlilində Kremlin Baltikyanı ölkələrə hücum hazırlığından danışılıb. Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Besprozvannıxla videobağlantı vasitəsilə danışan Putin bir milyondan çox insanın yaşadığı regionda "problemlərin" olduğunu bildirib.
"Kalininqradın Rusiya Federasiyasının anklavına çevrilməsindən sonra bir sıra problemlər yaranıb ki, onlar təbii ki, həll oluna bilər və mütləq həll olunmalıdır. Biz çalışmalıyıq ki, bu, təkcə Vətənin qərb sərhədlərindəki forpostumuz və qalamız deyil, Kalininqrad vilayəti bütün ölkənin həyatına rahat şəkildə inteqrasiya olunsun ki, özünü böyük bir dövlətin bir hissəsi kimi hiss etsin", deyə Putin bildirib.
Rüfət Sultan
























































