Menu
Xəbər Lenti
O da “Yeraltı”na keçir
26-11-2026, 09:58

O da “Yeraltı”na keçir

Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 10:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

20 Sentyabr 2024 07:26Manşet / Cəmiyyət

Astarada “Toyota” dərəyə aşdı - Ölən var

 

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən axşam rayonun Motlayataq kəndi, Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, kənd sakini Şahin Şiriyevin idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.

Qəzada sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.